Bayden tədbirə maska ilə gəldi
ABŞ Prezidenti Co Bayden həyat yoldaşı Cil Baydenin koronavirus testinin müsbət çıxmasından sonra mərasimdə maska ilə iştirak edib.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, şücaətinə görə kapitan Larri L. Taylora “Şərəf” medalı təqdim edən Baydenin mərasimdə maska taxması diqqət çəkib.
Ağ Evin sözçüsü Karine Jean-Pierre bununla bağlı açıqlama yayaraq bildirib ki, Baydenin dünən və bu gün keçirdiyi koronavirus testləri mənfi olub və xəstəliyin heç bir əlaməti yoxdur: “Birinci xanım Cill Baydenin testi müsbət çıxdığına görə, Prezident bir müddət qapalı yerlərdə və insanların yanında maska taxacaq”.
Qeyd edək ki, Ağ Evdən verilən açıqlamada ABŞ-nin birinci xanımı, 72 yaşlı Cill Baydenin ikinci dəfə COVID-19 testinin müsbət çıxıb.
Bahadur Seyidov