ABŞ-dan Şimali Koreyaya xəbərdarlıq



 16:14 06.09.2023     284

“Şimali Koreya Rusiyaya silah tədarük edəcəyi təqdirdə buna görə cavab verəcək”.

Demedia.az xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan belə deyib. Sallivan mətbuat konfransında Şimali Koreya ilə Rusiya arasında təmasları dəyərləndirib. Sallivan Pxenyanın Ukraynadakı müharibədə istifadə etmək üçün Moskvaya silah verə biləcəyi ilə bağlı belə deyib:

“Bunu sizə deyə bilərəm ki, qışa girərkən böyük şəhərlərin taxıl anbarlarını və istilik infrastrukturunu hədəfə almaq, başqa ölkənin suveren ərazilərini ələ keçirmək üçün Rusiyaya silah vermək Şimali Koreyaya mənfi təsir edəcək və bunun əvəzini onlar ödəyəcəklər”.

Bahadur Seyidov