Çin kosmosa yeni raket göndərdi



 16:45 06.09.2023     285

Çinin özəl şirkəti “Guodian Gaoke” tərəfindən hazırlanmış ilk daşıyıcı raket olan “CERES-1” ilə 4 peyk buraxılıb.

Demedia.az xəbər verir ki, Sarı dəniz sahilində Hayyanq şəhəri yaxınlığındakı üzən platformadan "Tienqi" sinifli 4 internet rabitə peyki orbitə buraxılıb. Bu, “CERES-1” raketi ilə 9-cu buraxılış olub.  Yerin aşağı orbitinə göndərilən “Tienchi-21”, 22, 23 və 24 peykləri "əşyaların interneti" adlanan sistemlər üçün qlobal məlumat xidmətləri təqdim edəcək.

Bu, Çində üzən platformadan işə salınan ilk raket olub. 19 metr uzunluğunda və 1,4 metr enində olan raket 160 kilometr yüksəklikdə Yerin aşağı orbitinə 350 kiloqrama qədər faydalı yük daşıya bilir.

Bahadur Seyidov