Rusiya ordusu Rabotino bölgəsində Ukrayna qüvvələrinin bir neçə hücumunu dəf edib



 17:10 06.09.2023     292

Rusiyaya bağlı Zaporojye vilayətindəki “Biz Rusiyanın yanındayıq” hərəkatının lideri, hərbi-mülki idarənin şura üzvü Vladimir Roqov “Sputnik”ə bölgədəki silahlı fəaliyyətlərlə bağlı məlumat verib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Rusiya ordusu Rabotino bölgəsində Ukrayna qüvvələrinin bir neçə hücumunu dəf edib. Onun iddiasına görə, düşmən qüvvələri itki verərək geri çəkilib. Roqov, Rabotinonu nəzarətə götürmək üçün şiddətli toqquşmaların davam etdiyini və Ukrayna ordusunun heç bir irəliləyiş əldə edə bilməyəcəyini bildirib.

Roqov əlavə edib ki, Kiyev rejimi uğursuz əks-hücumla əlaqədar Zaporojye cəbhəsinin Orehovskoye istiqamətinə “Azov” batalyonunu göndərməli olub və “Azov” silahlıları ilk dəfə Orehovskoye kəndində görünüb.

Bahadur Seyidov