Qarın nahiyəsində ağrı varsa bu xəstəlikdən xəbər verir! - Video



 14:39 06.09.2023     784

 

Qarın ağrıları çox ümumi bir şikayətdir. Başqa sözlərlə desək qarın ağrıları bir çox xəstəliyin ilkin əlaməti ola bilər.

Qarında keçməyən ağrı olduqda, məsələn, sancı şəklində və ya xroniki ağrı olduqda mütləq həkimə müraciət edilməlidir. Bildiyimiz kimi, qarın dedikdə biz bədənimizin bir hissəsini nəzərdə tuturuq. Amma qarının içərisində bir çox orqanlar mövcuddur. Ağrının qarnın hansı hissəsində olması konkret bir orqanın xəstəliyin əlaməti də ola bilər və ya hansı orqanın ağrıdığını qarışdırmış da ola bilərik. Məsələn, əgər qarının yuxarı hissəsində, orta nahiyədə ağrı varsa, biz bunu daha çox mədə ilə izah edirik, əlaqələndiririk. Amma sağ qabırğaaltı nahiyədə ağrı varsa, bunun daha çox öd kisəsindəki və yaxud da qaraciyərdəki problemə bağlı olduğunu düşünə bilərik.

Ginekoloq Şəhla Hüseynova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Şəhla Hüseynova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az