Şahid məhkəmədə ifadə verməkdən imtina edə bilər! - Video
Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi qadağandır.
Lakin şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Yaxın qohum dedikdə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr başa düşülür. Göründüyü kimi yaxın qohumlar bir-birinə qarşı ifadə verməkdən imtina edə bilərlər. Lakin digər şəxslər barəsində ifadə verməkdən imtinaya yol verilmir.
Tanınmış vəkil Vamiq Şükürov öz "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib.
Demedia.az həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az