"Şimali Koreya ilə bütün hərbi əməkdaşlıq cəhdləri dayandırılmalıdır"



 17:42 06.09.2023     278

Cənubi Koreya prezidenti Yoon Suk Yeol bildirib ki, Şimali Koreya ilə bütün hərbi əməkdaşlıq cəhdləri dayandırılmalıdır.

Demedia.az xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada keçirilən 43-cü Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının Zirvə Toplantısında danışan Yoon bildirib ki, Şimali Koreya ilə hərbi əməkdaşlıq cəhdləri beynəlxalq sülhü pozacaq. ASEAN üzvlərini Şimali Koreyanın nüvə və raket proqramlarının maliyyələşdirilməsinin qarşısını almağa çağıran Yoon, Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün ölkələrin BMT Təhlükəsizlik Şurasının silah ticarəti sanksiyalarına əməl etməli olduğunu vurğulayıb.

Yoon Şimali Koreyanın nüvəsizləşdirilməsi üçün ölkələrin birlikdə çalışmalı olduğunu qeyd edərək, Şimali Koreyanın Koreya yarımadası və Hind-Sakit okean regionunda sülhü təhdid etdiyini bildirib.

Bahadur Seyidov