Pəncəsi ağrıyırdı - Həkim belə müalicə etdi! - Video



 09:31 07.09.2023     694

Ayaqlarda olan ağrıların ilk simptomu ayaqlarda olan yorğunluq, dərinin quruması, pəncədə yanğı, dabanda çatlardır.

Təəssüf ki, insanlarımız bu ilkin simptomlara önəm verməyib, yorğunluqdandır deyib keçir və bir neçə ay sonra artıq ciddi ağrılarla üz-üzə qalır. Konservativ müalicə zamanı xüsusi ortopedik supinatorlar və ya ortopedik ayaqqabılar istifadə olunur. Xəstə dar, burunu nazik olan hündürdaban ayaqqabı geyinməməlidir. Ağrıların azaldılması üçün xüsusi iltihabəleyhinə preparatlar, yerli anestetiklər (barmaqların arasında olan məsafəyə inyeksiya vurulur) istifadə olunur.

Alqoloq Vüsal Eyvazov xəstənin necə müayinə və müalicə edildiyi barədə videoda ətraflı məlumat verib.

Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az