İflicə səbəb olan xəstəlik - DİQQƏTLİ OLUN! - Video



 10:11 07.09.2023     774

Guillain Barre sindromu, " Giyen Barre sindromu" -(GBS). Əhali arasında poliomielitin sıxlığının azalmasından sonra , süst iflicə səbəb olan xəstəliklər arasında ən çox rast gəlinəni hesab olunur .

Xəstəlik çox zaman başqa bir xəstəliyi olmayan insanlarda rast gəlinir. GBS ani başlanğıclı, surətlə inkşaf edən , ağır bir autoimmum poliradikulopatiyadır. Xəstələrin böyük qismində GBS’na aid şikayətlərin başlanğıcından öncəki 1-4 həftalik müddət içində keçirilən bir yuxarı tənəffüs yolu ya gastrointestinal trakt infeksiyası, cərrahi müdaxilə ya da peyvənd kimi bir hadisə vardır.Xəstəliyin ən sıx yerləşmə şəkli, ayaqlardan başlayıb qollara, daha sonra üzə, orofaringeal əzələlərə ve ağır hallarda tənəffüs əzələlərinə doğru yüksələn əzələ zəifliyi ile olur.

Nevroloq Leyla Şahbazova Guillain Barre sindromu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Nevroloq Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az