“Boko Haram” terroru Nigeriyada 35 min insanın həyatına son qoyub - BMT
2009-cu ildə terror aktları başlayandan bəri Nigeriyada Boko Haramın hücumları nəticəsində 35 mindən çox insan həlak olub.
Demedia.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Qeyd edilib ki, 11 il ərzində terror hücumları nəticəsində mindən çox insan qaçırılıb.
Milli İnsan Hüquqları Komissiyası 2022-ci ildə insan haqları ilə bağlı şikayətləri araşdırır və zərərçəkənlərə təzminat tələb etməkdə kömək edir.
Xatırladaq ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən mövcud olan “Boko Haram” 2009-cu ildən kütləvi zorakılıqlar həyata keçirməyə başlayıb. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Bahadur Seyidov