İran hökumətinin borcları artdı



 15:01 07.09.2023     291

İran hökumətinin və  şirkətlərin borcları  artıb.

Demedia.az xəbər verir ki,  bu  barədə “The İndepent Arabia” məlumat yayıb.

Nəşr yazır ki, İranın Nazirlər Şurasına bağlı Araşdırma Mərkəzi son hesabatında prezident İbrahim Rəisinin hakimiyyətinin ilk 18 ayında hökumət və dövlət şirkətlərinin borclarının 61 faiz artdığını açıqlayıb.

Sözügedən hesabatda  2018-ci ilin sentyabr ayının sonuna kimi hökumət və dövlətə bağlı şirkətlərin ümumi borcu 1,28 milyard tümən olaraq qeydə alınıb. Bu rəqəm 2022-ci ilin mart ayında 3,13 milyard tümənə çatıb.  

Qeyd edilib ki, Rəisinin prezidentlik dövründə dövlətə bağlı şirkətlərin borcları 91 faiz artaraq, demək olar ki, iki dəfə artıb.

Xatırladaq ki, İbrahim Rəisi 2021-ci ildən İranın prezidentidir.

Bahadur Seyidov