ÜST: Koronavirusa yoluxma sayında artım narahatlıq yaradır
Koronavirusa yoluxma sayında ciddi artım yaşanır.
Demedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
O bildirib ki, şimal yarımkürəsində qış mövsümündən əvvəl “Covid-19”a yoluxma sayında ciddi artım var. Yaxın Şərq və Asiyanın bəzi bölgələrində virusdan ölüm sayı artır. Avropaya gəlincə, xəstəxanalarda virusa yoluxan şəxslərin xəstəxanay yerləşdirilməsi halları artıb.
ÜST rəsmisi vurğulayıb ki, hazırda insanlar daha çox koronavirusun yeni ştamı - “EG5” variantına yoluxur.
Bahadur Seyidov