Salah üçün rekord təklif



 16:19 07.09.2023     291

“Əl-İttihad”ın Məhəmməd Salah üzərində israrları davam edir.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-İttihad”ın  bu dəfə futbol tarixinə düşəcək bir rəqəmlə İngiltərə komandasının qapısını döyəcəyi iddia edildi. Klub Salah üçün 230 milyon avroluq təklif verəcək.  "Liverpul" mümkün təklifi qəbul etsə, 31 yaşlı ulduz futbol tarixində rekord qıracaq və birinci yeri tutacaq.

Qeyd edək ki, Neymar 222 milyon avro ilə bu sahədə rekorda sahibdir.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildən “qırmızılar”ın formasını geyinir. Futbolçu ilə müqavilənin müddəti 2025-ci ilə qədərdir. Cari mövsümdə 31 yaşlı oyunçunun aktivində 2 qol və 2 məhsuldar ötürmə var.

Bahadur Seyidov