Türkiyədə zəlzələ xəbərdarlığı
Türkiyənin Geologiya Mühəndisləri Palatası ölkənin seysmik bölgələri ilə bağlı araşdırma aparıb.
Demedia.az xəbər verir ki, araşdırmanın nəticəsində məlum olub ki, Türkiyədə 7 bal gücündə zəlzələnin yaşanma ehtimalı yüksək olan ərazilər var. Ümumilikdə isə 24 şəhər və rayonda mümkün zəlzələ ciddi fəsadlara səbəb ola bilər. Bu bölgələr Hatay, Konya, Bingöl, Kahramanmaraş, Osmaniye, Manisa, Burdur, Balıkesir, Aydın, Ərzurum, Tokat, Kocaeli, Kayseri, Muğla, Dənizli, Eskişehir, Ərzincan, Hakkari, Bursa, İzmir, Bolu, Tekirdağ, İstanbul, Adıyamandır.
Bu rayon və şəhərlər içərisində 7 bölgə -Adıyaman, Balıkesir, Manisa, Aydın, Dənizli və Təkirdağda zəlzələ riski yüksəkdir.
Bahadur Seyidov