ABŞ silahları "Taliban"ın əlində keçməyib - Kirbi



 17:20 07.09.2023     292

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Əfqanıstandan çəkilərkən geridə qoyduğu silahların Pakistan Talibanının əlində olduğuna dair iddiaları rədd edib.

Demedia.az xəbər verir Kirbi paytaxt Vaşinqtonda Xarici Mətbuat Mərkəzində təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.ABŞ-ın Əfqanıstandan çəkilməsi zamanı 7 milyard dollarlıq silahın İŞİD, “Əl-Qaidə” və Pakistan “Taliban”ının əlinə keçməsi iddiaları ilə bağlı suala Kirbi belə cavab verib:

“ABŞ əsgərlərinin heç bir texnikası qalmadı. Təxliyyə əməliyyatlarımızı tamamlayanda az miqdarda texnika və təyyarə var idi və onları məhv etdikdən sonra çıxdıq”.

“Taliban”ın istifadə edə biləcəyi yeganə şeyin bəzi hava limanı mexanikləri, evakuatorlar, pikaplar və yanğınsöndürmə avadanlığı olduğunu vurğulayan Kirbinin sözlərinə görə, bu avadanlıqlar ABŞ-ın çəkilmədən əvvəl Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələrinə verdiyi avadanlıqlar olub.

Bahadur Seyidov