Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağı dalğalanmayacaq - Makron
Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağı dalğalanmayacaq.
Demedia.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron belə açıqlama verib. Makron “L'Equipe” qəzetinə açıqlamasında Parisdə keçiriləcək Olimpiya Oyunları barədə danışıb. O bildirib ki, Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz. Makron deyib ki, Rusiyanın müharibə cinayətləri törətdiyi bir vaxtda 2024-cü il Olimpiadasında yeri yoxdur.
Makron bəyan edib ki, rusiyalı idmançıların olimpiya oyunlarında fərdi qaydada iştirakı ilə bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.
Bahadur Seyidov