ABŞ-ın uzun mənzilli hipersəs silahının uçuş sınağı ləğv edilib



 18:00 07.09.2023     303

ABŞ ordusunun uzun mənzilli hipersəs silahının uçuş sınağı ləğv edilib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, Pentaqon hipersəs texnologiyasındakı inkişaflar barədə məlumat vermək üçün Floridadakı “Cape Canaveral” Kosmik Qüvvələri Bazasında uçuş sınağı keçirməyi planlaşdırırdı, lakin uçuş öncəsi yoxlamalardan sonra sınaq ləğv edilib. Açıqlamada sınağın niyə ləğv edildiyi barədə məlumat verilməyib.

“Bloomberg”in məlumatına görə, qurudan atılan raketdən ibarət uzun mənzilli hipersəs silahı təxminən 2776 kilometr mənzilə malikdir.

Bahadur Seyidov