Britaniya Avropa İttifaqının proqramına qayıtdı



 17:42 07.09.2023     279

2020-ci ildə Avropa İttifaqından çıxan Böyük Britaniya yenidən birliyin “Horizon Europe” tədqiqat proqramına və peyk izləmə sistemi “Kopernikə” qoşulur.

Demedia.az xəbər verir ki, bu barədə Avropa Birliyi Komissiyası və Böyük Britaniyanın birgə yazılı bəyanatında qeyd edilib. Bildirilib ki, danışıqlar prosesi nəticəsində Böyük Britaniyanın yenidən iki proqrama qoşulması üçün razılıq əldə olunub. Beləliklə, Böyük Britaniyadakı bütün tədqiqatçılar və təşkilatlar Avropa Birliyinin 95,5 milyon Avro büdcəsi ilə ən böyük “Ar-Ge” proqramı olan “Horizon Europe”da Avropa İttifaqına üzv dövlətlərlə bərabər şərtlərlə iştirak edə biləcəklər.

Bu, Avropa İttifaqı və Böyük Britaniyaya tədqiqat və innovasiya sahəsində əlaqələrini dərinləşdirməyə və tədqiqatçılarını bir araya gətirməyə imkan verəcək.

Bahadur Seyidov