ŞOK HADİSƏ: Binaya girib 12 saat boyunca oğurluq etdilər



 23:09 07.09.2023     619

Səhər saatlarında binanın dayanacağına daxil olan oğrular saat 21:00-a kimi quldurluq ediblər.

Demedia.az xəbər verir ki, hadisə avqustun 31-i cümə axşamı günü Beylikdüzü Gürpınar Məhəlləsi Durusu küçəsində yerləşən binada baş verib.

Səhər saat 09.30 radələrində binanın dayanacağına daxil olan oğrular anbar kimi istifadə edilən ümumi sahədən əşyalar oğurlamağa başlayıblar.

Xarici ailəyə məxsus əşyaları oğurlayan oğrular axşam saat 21:00 radələrində binadan çıxıblar. Rahat davranışları ilə diqqət çəkən oğruların hər bir hərəkəti binanın təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.

İki şübhəlinin anbardan quruducu, velosiped, pərdə və səs sisteminin dinamiki oğurladığı öyrənilib.

Oğurluq anları binanın təhlükəsizlik kameralarına düşüb. Görüntüləri izləyən polis qrupları şübhəlilərdən birini saxlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysun / Demedia.az