Avtomobilin qarşısını kəsib qızı qaçırdılar: Sonra isə...



 22:36 07.09.2023     633

Ekvadorda avtomobilin qarşısını kəsən silahlı basqınçılar qızı qaçırıblar.

Demedia.az xəbər verir ki, yanlış adam qaçırdıqlarını anlayan təcavüzkarlar bir müddət sonra uşağı sərbəst buraxıblar.

Cənubi Amerikanın Ekvador ölkəsi olan Kevedoda silahlı şəxslər bir qızı qaçırıblar. Hadisə zamanı yayılan təhlükəsizlik kamerası görüntülərində 3 qız şagirdin məktəbə getdiyi avtomobilin silahlı basqınçılarla birlikdə başqa bir avtomobil tərəfindən dayandırıldığı görülüb. Maşından düşən 3 təcavüzkar 12 yaşlı qızı silah gücü ilə maşından çıxararaq maşına mindiriblər. Yerli mətbuatın məlumatına görə, təcavüzkarlar qızı yanlış adamı qaçırdıqlarını əsas gətirərək saatlar sonra buraxıblar.

Hücum edənlərin şəxsiyyətləri açıqlanmasa da, hadisə ilə bağlı araşdırma başladılıb.

Aysun / Demedia.az