İran agenti kimi ittiham olunan keçmiş hərbçi həbsxanadan qaçıb
Londondakı “Wandsworth” həbsxanasından qaçan Daniel Abid hələ də tapılmayıb.
Demedia.az BBC-yə istinadən xəbər verir ki, İran üçün məlumat toplamaq cəhdi də daxil olmaqla, terrorçuluqda ittiham olunan 21 yaşlı gəncin axtarışları davam edir.
Keçmiş əsgər Xəlifə işlədiyi həbsxananın mətbəxindən aşpaz forması geyinərək çıxa bilib.
Qeyd edək ki, Daniel Abid Xəlifə 2019-cu ildə könüllü olaraq Britaniya silahlı qüvvələrinə qatılıb və bu il yanvarın 2-də saxta bomba təhdidindən sonra Stafforddakı Beacon kazarmasında təlimini davam etdirərkən yoxa çıxıb. Bir neçə həftə sonra yanvarın 26-da həbs edilən xəlifə yanvarın 28-də Londondakı Uandsvort həbsxanasına göndərilidib.
Bahadur Seyidov