Hədiyyə çaydan başına iş açdı - Səhvən evini satdı
Türkiyədə 48 yaşlı şəxs özü də bilmədən evini satıb.
Demedia.az xəbər verir ki, Ümraniyedə yaşayan Mehmet Kaya 2013-cü ildə evini internet vasitəsilə satışa çıxarıb. Bu zaman bir nəfər evi almaq istədiyini deyib və kuryer vasitəsilə çaydanı hədiyyə göndərib. Hədiyyəni alan Kaya kuryerin uzatdığı kağıza imza atıb və özü də bilmədən evini satıb.
Bundan sonra isə o, məsələni anlayıb və aidiyyəti qurumlara müraciət edib. Aldadıldıqdan sonra 10 ildir vergi borcu üçün mübarizə aparan Kaya məhkəməni udsa da, 48 illik evinin sənədini hələ də ala bilməyib.
Bahadur Seyidov