ABŞ-dən qitələrarası ballistik raket sınağı



 15:48 08.09.2023     285

ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığı silahsız “Minuteman III” qitələrarası ballistik raketinin sınaq məqsədi ilə buraxıldığını açıqlayıb.

Demedia.az xəbər verir ki,  açıqlamada qeyd edilib ki, əvvəlki dövrlərdə 300-dən çox atış cəhdinin edilib. Bu sınağın dünyada mövcud vəziyyətlə heç bir əlaqəsi olmadığı qeyd edilib.

 ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri Bazasında fırlatma sınaqlarının illərdir planlaşdırıldığı və planlarla bağlı Rusiya hökumətinin məlumatlandırıldığı bildirilib.

Bahadur Seyidov