Meksikada ilk dəfə prezident qadın ola bilər



 16:25 08.09.2023     291

Meksikada 2024-cü ildə keçiriləcək prezident seçkilərində hakim partiyanın namizədinin Mexiko şəhərinin keçmiş meri, solçu Klaudiya Şeynbaum olduğu bildirilir.

Demedia.az xəbər verir ki,  Milli Şuranın sədri Alfonso Durazo açıqlamasında bildirib ki, milli sorğunun nəticələrinə görə Şeinbaum 39,4 faiz səslə namizədlər arasında ən yüksək nəticə əldə edib.

Şeynbaum 2024-cü ildə keçiriləcək prezident seçkilərində müxalifət partiyasının namizədi, senator Xochitl Galvezlə mübarizə aparacaq.

Beləliklə, Meksika tarixində ilk dəfə iki qadın namizəd prezidentlik yarışında liderliyi ələ keçirmək üçün meydana çıxacaq.

Qeyd edək ki, 61 yaşlı Şeynbaum daha əvvəl 2006 və 2012-ci illərdə prezidentliyə namizədliyini irəli sürmüş, lakin seçilməmişdi.