Kubada Rusiyaya muzdlular cəlb edən dəstə üzvləri saxlanılıb



 18:31 08.09.2023     298

Kubada Rusiyaya muzdlular cəlb edən dəstə üzvləri saxlanılıb.

Demedia.az xəbər verir ki, 17 nəfərdən ibarət dəstə üzvlərindən 14-ünün muzdlu olduqlarını etiraf etdiyi bildirilib. Saxlanılan şəxslərin xaricdən göndərildiyi və onların əksəriyyətinin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilib. Qeyd edilib ki, Kuba Baş Prokurorluğunun Cinayət Prosessual İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb və bu kimi cinayətlərə görə ağır sanksiyalar tətbiq edilib.

Xarici İşlər Nazirliyi Kubanın Ukraynada davam edən müharibənin bir parçası olmadığını bildirib və Kubanın muzdlulara və insan alverçilərinə qarşı tədbirlər gördüyünü vurğulayıb.

Bahadur Seyidov