Şimali Koreya yeni taktiki nüvə sualtı qayığını təqdim edib



 18:00 08.09.2023     285

Şimali Koreya yeni taktiki nüvə sualtı qayığını təqdim edib.

Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi dairələri açıqlama verib. Bildirilir ki, nüvə sualtı qayığının təqdim olunduğu mərasimdə Şimali Koreya lideri Kim Çen In da iştirak edib. Mərasimdə çıxış edən Şimali Koreya lideri Kim Çen In son vaxtlar düşmənlərin təcavüzkar cəhdlərinin artdığını və dəniz qüvvələrinin sürətli inkişafının milli müdafiə üçün ən mühüm prioritet olduğunu bildirib.

Kim Çen In həmçinin bildirib ki, istifadəyə verilən yeni sualtı qayıqdan daha çox ərsəyə gətiriləcək.

Bahadur Seyidov