Rusiya Ukraynanın iki PUA-sını vurub



 17:31 08.09.2023     294

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin Bryansk vilayətində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatının qarşısının alındığını və onlardan birinin havada məhv edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-larla hücum cəhdinin qarşısı alınıb. Məlumata görə, hava hücumundan müdafiə qüvvələri Bryansk səmasında iki pilotsuz uçuş aparatı ələ keçirib, onlardan biri havada məhv edilib. 

Bahadur Seyidov