Dünyanın 2-ci ən böyük duz gölü qurudu: Türkiyə üçün təhlükə



 20:28 08.09.2023     744

İranda dünyanın 2-ci ən böyük duz gölü kimi tanınan Urmiya gölü demək olar ki, tamamilə quruduğu halda, küləklə duzun daşınmasının İranla yanaşı Türkiyəyə də təsir edəcəyi bildirilir.

Demedia.az xəbər verir ki, Van Yüzüncü Yıl Universitetindən (YYÜ) prof. Dr. Faruk Alaeddinoğlu bunubnla bağlı danışıb:

"O gölün yox olması o bölgədəki duzun səhraya çevrilməsinə səbəb olacaq və bu səhraya çevrilmiş duz yataqları yüzlərlə, hətta minlərlə kilometr uzaqğa küləklə daşınacaq".

Qlobal iqlim dəyişikliyi səbəbindən yağıntıların azalması, buxarlanmanın artması və yanlış siyasətlər dünyanın ikinci ən böyük duz gölü olan Urmiya gölünün əvvəlcə ərazisini itirməsinə, sonra isə böyük ölçüdə qurumasına səbəb olub. İran hökuməti gölün əvvəlki vəziyyətinə qaytarılması üçün lazımi səylər göstərsə də, qurumasının qarşısını almaq mümkün olmayıb. Təxminən 5200 kvadrat kilometrlik göl quruduqca nəhəng duz yataqları yarandı.

YYÜ Ədəbiyyat Fakültəsi Coğrafiya Bölümü Müəllim Prof. Dr. Alaeddinoğlu hövzədə olan duzun küləklə birlikdə bölgəyə dağılmağa başladığına diqqət çəkib:

"O duzun getdiyi hər bölgədə şoranlaşma ilə səmərəsizlik olacaq. Yəni o bölgədəki münbit torpaqların məhv olmasına səbəb olur. Təbii ki, göl bir ekosistemdir. "Çöküntülərə səbəb olacaq. küləklə yüzlərlə, hətta minlərlə kilometr uzağa daşınacaq. O küləyin apardığı bütün tarlalarımız təbii olaraq o duzdan təsirlənəcək. Bu, əkinçilik sahələrinin səmərəsizliyinə səbəb olacaq".

Aysun / Demedia.az