Avropa Birliyi Rusiyaya yeni sanksiya tətbiq etdi
Avropa Birliyi Rusiya və Ukraynada insan haqları pozuntularına görə 6 nəfəri sanksiya siyahısına əlavə edib.
Demedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası açıqlama verib. Bildirilib ki, onlar arasında ilhaq edilən Krımda yaradılmış məhkəmələrdə çalışan hakim və prokurorlar da var.
Qeyd edək ki, yeni qadağalardan sonra Qlobal İnsan Haqları Sanksiya Rejimi çərçivəsində Avropa Birliyi tərəfindən sanksiya tətbiq edilənlərin sayı 67-yə yüksəlib. Siyahıda 20 təşkilat da var.
Bahadur Seyidov