BMT-dən Rusiyaya təklif



 22:52 08.09.2023     283

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub yazaraq Qara Dəniz Taxıl Təşəbbüsünün yenilənməsi üçün 4 konkret təklif irəli sürdüyü iddia edilib.

Demedia.az xəbər verir ki, birinci təklif Rusiya dövlət bankının maliyyə kommunikasiyası sisteminin SWIFT-ə qaytarılmasının təmin edilməsi ilə bağlı olub. Quterreş, qərb sanksiyalarından yan keçmək üçün Moskvaya Rusiya Kənd Təsərrüfatı Bankı olan “RSHB Capital S.A”. adlı firmadan istifadə etməyi təklif edib. Bildirilib ki, Kremlin nəzarətində olan bu şirkət bank rolunu oynamadan ödənişlər üçün texniki xidmətlər göstərə bilər.

Şirkətin bank lisenziyasına ehtiyac olmayacaq.

Bahadur Seyidov