CHECK-UP müayinə nədir? - Video



 09:40 11.09.2023     918

Check-Up heç bir şikayəti olmayan sağlam adamların ümumi sağlamlığının vaxtaşırı yoxlanması, yarana biləcək xəstəliklərin vaxtında qarşısını almaq üçün həyata keçirilən bir müayinə növüdür.

Müayinə nəticəsində hər hansı bir xəstəliyin risk faktoru və ya xəstəliyin özünün erkən mərhələdə aşkar olunması vaxt itkisinin qarşısını alır. Check-Up cinsindən və yaşından asılı olmayaraq hər kəs üçün vacib skrininq metodudur. Diabet, xolesterol yüksəkliyi, ürək-damar xəstəlikləri, süd vəzi, uşaqlıq və uşaqlıq boynu, yoğun bağırsaq, sidik kisəsi və prostat vəzi kimi bəzi orqanların xərçənginin, həmçinin osteoporoz kimi xəstəliklərin rastgəlmə tezliyinin artması sağlamlıq müayinələrinin müntəzəm aparılmasını vacib edir. Xüsusilə də genetik risk daşıyan şəxslərin ən azı ildə bir dəfə Check-Up müayinədən keçmələri ilə qeyd edilən xəstəliklərin qarşısını almaq mümkündür.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az