Ayaqdakı iltihabı təmizləyir - Podaqranın qədim müalicə üsulu - Video



 10:10 11.09.2023     656

Yağışlı havaların başlaması ilə podaqranın verdiyi narahatlıq da artır. Ayaqdakı oynaqların ağrılı iltihabı həyatı çətinləşdirir.

Xatırladım ki, podaqra xroniki xəstəlikdir, tam sağalması mümkün deyil. Ancaq xəstəliyin inkişafının qarşısını almaq və remissiya vəziyyətinə qayıtmaq üçün vasitələr var. Rəsmi tibbin təklif etdiyi dərmanlar təhlükəsiz deyil. Əksər hallarda podaqra əzələ-skelet sisteminin digər xəstəlikləri fonunda inkişaf edir. Səbəblərdən biri də, bu xəstəliklərin düzgün müalicə edilməməsidir. Xəstə ağrıkəsicilərdən və iltihab əleyhinə dərmanlardan həddən artıq istifadə etdikdə böyrəklər yüklənir. Nəticədə, böyrəyin funksionallığı azalır. Buna görə də, heç bir dərmanı həkimin məsləhət bildiyindən artıq qəbul etmək düzgün deyil. Çünki yüklənən böyrək bir gün “ağ bayraq” qaldırar və işləməyə daha gücü çatmadığını deyər. Beləcə, orqanizmin faciəsi başlayar. Üstəlik, proses heç bir simptomla özünü büruzə vermədən irəliləyər ki, insan bir də onda ayılar, dializ terapiyası ilə üz-üzədir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az