Turet Sindromu Nədir? - Video



 10:17 11.09.2023     631

Turet sindromu mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğu.

1000 uşaq arasında 1–10 nəfər Turet sindromundan əziyyət çəkən olur, 10 nəfərdən artığı isə müxtəlif tik pozğunluqları yaşayır. Turet sindromu olan şəxslərin intellekt səviyyəsi və ömür müddəti normada olur. Uşaqların əksəriyyətində tiklərin kəskinliyi yeniyetməlik dövrünün başa çatmasından sonra azalır, Turet sindromunun ağır dərəcəsi isə yetkinlik dövründə çox nadir müşahidə edilir.

Nevroloq Leyla Şahbazova Turet sindromu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Nevroloq Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az