Kim Çen In Rusiyaya səfər edib
Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya yollanıb.
Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat verib. Bildirilir ki, Kim Çen In xüsusi qatarla Şimali Koreyanın şimal-şərq sərhədindən yola çıxıb. Tərəflər arasında sammitin dəqiq nə vaxt keçiriləcəyi barədə müxtəlif xəbərlər var. "İnterfaks" xəbər agentliyi də Kim Çen Inın Uzaq Şərqə səfər edəcəyi barədə xəbər verib.
Bu, Kim Çen Inın 4 il sonra ilk xarici səfəridir.
Bahadur Seyidov