2001-ci il hadisələrində həlak olan daha 2 nəfərin meyiti tapıldı
ABŞ-də sentyabrın 11-də törədilən terror aktlarında ölən daha iki nəfərin şəxsiyyəti məlum olub.
Demedia.az xəbər verir ki, bu barədə “SKY News” məlumat yayıb. Meyiti tapılan şəxslərdən biri kişi, digəri qadındır. Tapılan cəsədlər ailələrinə təhvil verilib.
Qeyd edək ki, bu gün ABŞ tarixində 3 minə yaxın insanın ölümünə səbəb olan terror aktından 22 il ötür. Hücumda indiyədək həyatını itirən 1649 nəfərin şəxsiyyəti DNT testləri ilə müəyyən edilib. Ölən və şəxsiyyətləri hələ də müəyyənləşməyən 1000-dən çox insanın olduğu bildirilir.
Bahadur Seyidov