Qayıq aşdı, 20-dən çox insan öldü
Nigeriyanın Niger əyalətində 100-dən çox insanı daşıyan qayıq aşıb.
Demedia.az Reuters-ə istinadən xəbər verir ki, hadisə səbəbindən 26 nəfər həyatını itirib. Onların arasında uşaqlar var.
Qeyd olunub ki, Nigeriya su yollarında baş verən əksər qayıq qəzalarına həddindən artıq sıxlıq və texnikanın köhnə olması səbəb olur.
Xatırladaq ki, ötən ilin iyul ayında Niger çayında toydan qayıdan qonaqları daşıyan qayıq batmış və qəzada 103 nəfər həlak olmuşdu.
Bahadur Seyidov