“Xiaomi” yeni modelini təqdim edir: Hansı özəllikləri var?
Çinin aparıcı telefon istehsalçılarından biri olan Xiaomi “Xiaomi 13T” modelinin yeni təqdimat tarixini açıqlayıb.
Demedia.az xəbər verir ki, “Xiaomi”nin yaydığı məlumata görə, yeni model 26 sentyabrda keçiriləcək tədbirdə rəsmi olaraq təqdim ediləcək. Telefonların yeni təqdimat tarixini birbaşa Xiaomi qurucusu və icraçı direktoru Lei Jun elan edib.
Telefonda istifadə olunacaq yeniliklərə gəlincə, linzaların üzərində əfsanəvi kamera şirkəti “Leica”nın imzasını görünəcək. Buna səbəb isə yeni telefon modelinin “Leica” ilə ortaq şəkildə hazırlanmasıdır.
“Xiaomi 13T” nin standart modeli ilə yanaşı, pro modeli də mövcud olacaq.
Bahadur Seyidov