Bu ölkədə hərbçilərə hücum edildi - 10 nəfər həlak oldu
Somalidə Əl-Şəbab terror təşkilatı hərbi bazaya hücum edib.
Demedia.az xəbər verir ki, bu barədə ölkənin rəsmi kanalı məlumat yayıb.
Məlumata görə, hərbi bazaya edilən ağır silahlı hücumda 10 Somali əsgəri həlak olub. Teror təşkilatının 20 üzvü zərərsizləşdirilib.
Saxlanılan şəxslərin şəhərin müxtəlif yerlərindən hücuma keçdikləri, lakin ordunun müqaviməti ilə qarşılaşdıqları bildirilib.
Qeyd olunub ki, ordu münaqişədən sonra baza və şəhərə nəzarəti ələ keçirib. Somali prezidenti Həsən Şeyx Mahmud ölkədə tez-tez hücumlar təşkil edən “Əş-Şəbab”a qarşı hərtərəfli mübarizə aparmaq qərarı verib.
Bahadur Seyidov