30 dəfə cəhd etdi, 73 yaşında vəsiqə aldı - İNANILMAZ HADİSƏ



 22:05 11.09.2023     654

Bursanın İnegöl rayonunda 73 yaşlı Sebahattin Bozbulut yaşının çox olmasına baxmayaraq sürücülük kursuna müraciət edib və imtahanlardan keçərək sürücülük vəsiqəsi alıb.

Demedia.az xəbər verir ki, əzmi ilə gəncləri heyran edən Bozbulut 30-cu cəhdində sürücülük vəsiqəsini almağı bacarıb.

İlk avtomobilini 2018-ci ildə alan 73 yaşlı Sebahattin Bozbulut əvvəllər də sənədsiz traktorla Yeniceköy məhəlləsindəki tarlasına gedirmiş. Avtomobilini ilk dəfə alarkən vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün cəzalandırılan şəxs sürücülük məktəbinə müraciət etmək qərarına gəlib. 2018-ci ildə sürücülük vəsiqəsi almaq üçün İnegöldəki sürücülük məktəbinə müraciət edən Bozbulut 4 kurs faylından 16 dəfə imtahan verib və keçə bilməyib.

2023-cü ilin yanvar ayında İnegöldə fəaliyyət göstərən başqa bir Sürücülük Məktəbinə müraciət edən Sebahattin Bozbulut 3 fayldan 12 dəfə verdiyi yazılı imtahandan kəsilib. Təslim olmayan Sebahattin dayı təxminən 8-ci dosyesinin ikincisində imtahan verərək sürücülük vəsiqəsi almaq hüququ qazanıb. Sürücülük vəsiqəsini alan Bozbulut sürücülük məktəbinə gedərək vəsiqəsinin alınmasında köməklik edən kurs müəllimlərinə və kurs sahibi Tahir Buluta təşəkkür edib.

Aysun / Demedia.az