Avropa İttifaqı proqnozunu yenilədi
Avropa İttifaqı Komissiyası daxili tələbatın azalması səbəbindən Avro Bölgəsində bu ilki iqtisadi artım gözləntisini 0,8 faizə endirib.
Demedia.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının “2023-cü ilin yayına dair Avropa iqtisadi proqnozları” hesabatı dərc olunub. “Aşağı inflyasiya və güclü əmək bazarına baxmayaraq yavaşlayan artım sürəti” başlıqlı hesabatda Avropa Birliyi iqtisadiyyatının 2023-cü ildə 0,8 faiz olacağı qeyd edilib.
Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının əvvəlki hesabatında Avropa İttifaqının bu il 1 faiz, gələn il 1,7 faiz, artacağı proqnozlaşdırılırdı.
Bahadur Seyidov