Çində təbii fəlakət



 16:25 11.09.2023     300

Çinin cənub-şərq sahillərini təsiri altına alan “Haikui” tayfunu səbəbindən güclü yağış və daşqınlar müşahidə edilib.

Demedia.az xəbər verir ki, rəsmi dairələr şiddətli tufan və daşqınlar səbəbilə "sarı həyəcan" xəbərdarlığı elan edib. Məlumata görə, Çinin 4 mərhələli fırtına xəbərdarlığı sistemində "qırmızı" ən yüksək xəbərdarlıq səviyyəsini təmsil edir. Tayfun səbəbindən dağlıq bölgələrdə yaşayan 4 minə yaxın insan daşqın və sürüşmə təhlükəsi səbəbindən təxliyə edilib.

Tayfunun səbəb olduğu fırtına və daşqınlarda 78 nəfər xəsarət alıb. Məlumata görə, Honq-Konqda "1-ci dərəcəli tayfun xəbərdarlığı" verilib.

Bahadur Seyidov