Ərdoğan Sisi ilə görüş haqqında danışdı



 17:32 11.09.2023     290

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Hindistanda keçirdiyi görüşü barədə danışıb.

Demedia.az xəbər verir ki, o, Sisi ilə görüşün məhsuldar keçdiyini ifadə edib.

"Görüşümüz çox yaxşı keçdi. Dəvət məsələsi də gündəmə gəldi. İlk növbədə xarici işlər, kəşfiyyat rəhbərlərimizə tapşırıq verdik. Təbii ki, birinci bizi gözləyirlər, amma mən “səni gözləyirik” dedim. Tarix verilmədi. Tarixi nazir dostlarımız və kəşfiyyat rəhbərimiz görüşəcək. Addımlarımızı buna uyğun atacağıq. Görüşümüz zamanı onlara bildirdim ki, onların təyin etdikləri səfirin təqdim etdiyi etimadnaməni tezliklə qəbul edəcəyəm. Birlikdə Türkiyə ilə Misir arasındakı münasibətləri ən qısa zamanda layiq olduğu səviyyəyə çatdıracağıq. Hər iki ölkənin iqtisadiyyat və ticarət sahəsində böyük potensialı var” – Ərdoğan deyib.

Bahadur Seyidov