Kərə yağı faydalıdır, yoxsa zərərli? - Əsl kərə yağı budur - Video



 09:21 12.09.2023     585

Kərə yağı faydalıdır, yoxsa zərərlidir? İnsanların çoxu, hələ də, kərə yağına şübhə ilə yanaşır: “Görəsən, sağlamlığıma ziyandırmı?”, “Damar tıxanıqlığı yaratmaz ki?”, “Kökəltməz ki?” sualları kərə yağını ürəklə yeməyə imkan vermir.

Kərə yağı süd məhsulları içərisində ən məşhurudur. Lakin bilməlisiniz ki, burada əsas olan inəyin nə ilə bəslənməsidir. Bəli! Sözü birbaşa deyəcəm. İnək nə yeyirsə, biz də orqanizmimizə onu qəbul edirik! Dolayısı ilə də, izah etməliyəm: kərə yağı inək südündən hazırlanır. O inəyin təbii-dağ otlarıyla, yamaclarda, hər cür faydalı bitkinin bitdiyi örüşlərdə otlaması o deməkdir ki, biz də sağlam və tər-təmiz kərə yağı qəbul edirik. Yəni kərə yağının keyfiyyəti inəyin qidasından asılıdır.

Kərə yağının tərkibində bunlar var: A vitamini; D vitamini; E vitamini; K vitamini;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az