Putinin Kim Çen Inla görüşü ilə bağlı ABŞ-dən açıqlama
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Inla görüşünü “yardım diləmək” kimi qiymətləndirib.
Demedia.az xəbər verir ki, bu barədə o, bazar ertəsi mətbuata açıqlamasında məlumat verib.
Miller Rusiya və Şimali Koreyaya qarşı sanksiyaların olduğunu və lazım gələrsə, əlavə sanksiyaların tətbiq ediləcəyini bildirib.
Qeyd edək ki, Kremldən verilən yazılı açıqlamada Şimali Koreya lideri Kimin Rusiya prezidenti Putinin dəvəti ilə tezliklə Rusiyaya səfər edəcəyi bildirilib.
Xatırladaq ki, Kim sonuncu dəfə 2019-cu ildə Rusiyaya səfər edib və Putinlə Vladivostokda görüşüb.
Bahadur Seyidov