Poqbaya şok - Dopinq testi etdilər



 15:43 12.09.2023     296

İtaliya Birinci Futbol Liqası (Seriya A) komandalarından biri olan "Yuventus"da çıxış edən Pol Poqbanın dopinq testi müsbət çıxıb.

Demedia.az xəbər verir ki, bu barədə ANSA məlumat  yayıb. Qeyd edilib ki, fransalı ulduz futbolçu müvəqqəti olaraq  futboldan uzaqlaşdırılıb.

Fransalı ulduz Beynəlxalq Antidopinq Məhkəməsində mühakimə olunacaq. Günahı sübut olunarsa, o, 2 il futboldan uzaqlaşdırılacaq. Məhkəmə onun qəsdən dopinq qəbul etməsinə qərar verərsə, bu cəza 4 ilə qədər ola bilər. Poqbanın 3 gün ərzində dopinq testinin nəticəsinə etiraz etmək hüququ var.

Bahadur Seyidov