Ukrayna 8 il sonra bu neft platformasını işğaldan azad etdi
Ukrayna xüsusi əməliyyat keçirərək Krım sahillərində neft platformasını işğaldan azad edib.
Demedia.az xəbər verir ki, neft platforması olan “Boiko Towers” in əməliyyatla geri alındığı açıqlanıb. Ukrayna tərəfi bu barədə görüntülər yayıb.
Qeyd edək ki, “Boiko Towers “2015-ci ildə Rusiya tərəfindən işğal edilib və o vaxtdan bəri hərbi məqsədlər üçün istifadə olunur. Platformada radar avadanlığı və helikopter meydançası var.
Bahadur Seyidov