Kristiano Ronaldonun oyunu İranda tamaşaçısız keçiriləcək



 16:49 12.09.2023     311

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr” və İranın aparıcı futbol klublarından olan “Persepolis” matçı tamaşaçısız keçiriləcək.

Demedia.az Mehr-ə istinadən  xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac məsələ ilə bağlı məlumat verib.

 "Bu matçda əsas problemimiz tamaşaçısız olmasıdır. Biz bütün beynəlxalq yarışların tamaşaçılarının olmasını təmin etməliyik. Ronaldo kimi böyük futbolçunun Azadi stadionunda çıxış etməsi İran futboluna diqqəti cəlb edəcək. Ona görə də bu, bizim proqramımız çərçivəsindədir”.

 Qeyd edək ki,  Asiya Futbol Konfederasiyası (AFC) 1 iyun 2021-ci il tarixində “Persepolis Tehran” Futbol Klubunun sosial media hesabında Hindistanın ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün “Persepolis”i Asiya Çempionlar Liqasının ilk oyununu tamaşaçısız keçirmək üçün cərimələyib.

Bahadur Seyidov