Ukrayna Rusiyanın cəbhə xəttində çox sabit irəliləyiş əldə edib - ABŞ
Ukraynanın iyun ayında başlatdığı əks-hücumda indiyədək irəliləyişin olmaması Qərbdə tənqid olunur.
Demedia.az xəbər verir ki, BBC-yə danışan ABŞ-nin Baş Qərargah rəisi Mark Milley davam edən əks-hücum üçün tarix verib. O bildirib ki, qışın yaxınlşadığını nəzərə alsaq, Ukraynanın 30-45 günü qalıb.
Milley müharibənin əvvəlində qarşıdurmaların uzun, ləng və itkilərə səbəb olacağı ilə bağlı proqnozun özünü doğrultduğunu bildirib. O, əks-hücumun uğursuz olub-olmadığını söyləmək üçün hələ tez olduğunu, lakin Ukraynanın “Rusiyanın cəbhə xəttində çox sabit irəliləyiş əldə etdiyini” deyib.
Bahadur Seyidov