Həyat yoldaşımın Ukraynaya səfərini siyasiləşdirmək olmaz - Paşinyan
“Düşünürəm ki, heç bir əsaslı səbəb olmadan həyat yoldaşımın Ukraynaya səfəri siyasiləşdirilir”.
Demedia.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan bunu “Birinci kanal”a müsahibəsində deyib.
“Yəqin ki, xəbəriniz var ki, mənim həyat yoldaşım uzun müddətdir ki, birinci xanımların beynəlxalq fəaliyyətində iştirak edir. Yaxın vaxtlarda Ermənistanda daha bir belə tədbir keçiriləcək və mən hesab etmirəm ki, bu cür siyasi nəticələr çıxarmağa ehtiyac var”.
Bahadur Seyidov