Yunanıstanda daşqından zərər çəkmiş ərazilərdə epidemiya xəbərdarlığı edilib



 16:31 12.09.2023     280

Yunanıstanda daşqından zərər çəkmiş ərazilərdə epidemiya xəbərdarlığı edilib.

Demedia.az xəbər verir ki, sakinlərə krandan olan sudan istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilib. Artıq ölkədə hərarət, öskürək, baş ağrısı və ishal halları müşahidə olunmağa başlayıb. Səhiyyə Nazirliyi təbii fəlakətin baş verdiyi ərazilərdə zərərvericilərin olduğu barədə xəbərdarlıq edib.Bunun ciddi epidemiya xəstəliklərinə yol açdığı vurğulanıb. Ağcaqanadlardan keçən Qərbi Nil Virusuna yoluxma hallarında da artım ola biləcəyi qeyd edilib. Fəlakətlərdə ölən heyvanlar da sağlamlıq üçün təhlükə yaradır.

Daşqının zərər çəkdiyi yerlərdə insanlardan kran suyundan istifadə etməmələri xahiş olunub.

Bahadur Seyidov